TƏBİB rəsmisinin anası koronavirusa yoluxub?

 13:20 19.06.2020     1737

TƏBİB rəsmisinin ailəsində də koronavirus aşkar edilib.

Redaktor.az-ın əməlumatına görə, virus qurumun mətbuat katibi Rəvanə Əliyevanın ailə üzvündə tapılıb. R.Əliyevanın anasının COVİD-19 testi pozitiv çıxıb. 

R.Əliyevanın verdiyi məlumata görə, o anası ilə birlikdə yaşamır. Hazırda anası xəstəxanada müalicə edilir. Ailənin digər üzvlərindən də koronavirus testi götürülüb.

TƏBİB rəhbəri Ramil Bayramlı da qeyd etmişdi ki, onun da yaxınları, qohumları arasında koronavirusa yoluxanlar var:

"Təəssüf ki, onlar da digər vətəndaşlar kimi karantin qaydalarına riayət etməyib, ad günü, yas mərasimlərində bu virusa yoluxublar. Hətta həkimlərimiz arasında da qaydalara riayət etməyənlər var. Biz Azərbaycan Tibb Universitetinin dosentini itirdik. O da ad günündə koronavirusa yoluxmuşdu. Özü öldü, ailə üzvləri isə xəstəxanadadır”.

Xatırladaq ki, adıçəkilən qurumun mətbuat xidmətinin rəhbəri bir neçə gün öncə "Facebook" səhifəsində yazı paylaşaraq insanları daha diqqətli olmağa, məsuliyyətli davranmağa çağırmışdı. //BakuPost.az