Azərbaycanda koronavirusla bağlı daha bir QADAĞA

 13:30 19.06.2020     1826

Azərbaycanın milli aviadaşıyıcısı (AZAL) COVID-19 pandemiyası dövründə əl yükünün daşınması qaydalarında dəyişikliklər edib.

AZAL-dan Redaktor.az-a verilən məlumata görə, yeni qaydalara əsasən, təyyarə salonuna əl yükünün keçirilməsi qadağandır.

Bu dəyişikliklər həm daxili, həm də beynəlxalq reyslərlə səyahət edən bütün sərnişinlərə şamil edilir: "Bu tədbiri tətbiq etməklə aviaşirkət təyyarə salonunda növbəni minimuma endirməyə və sərnişinlərin təyyarəyə maneəsiz daxil olmasını təmin etməyə çalışır".

AZAL-ın yeni qaydalarına əsasən, yalnız qadın çantasının və ya kişi portfelinin, həmçinin uşaqlar üçün zəruri əşyaların əl yükü qismində daşınmasına icazə verilir. Digər baqaj, o cümlədən kağız və polietilen paketlər qeydiyyatdan keçirilərək baqaj bölməsinə təhvil verilməlidir.

Həmçinin "Duty Free" mağazalarından alınan əşyaların təyyarədə əl yükü qismində daşınması qadağandır.