Azərbaycanda ilk: Xanımlar rayon prokuroru təyin olundu

 15:36 19.06.2020     868

Müstəqil Azərbaycanın prokurorluğu tarixində ilk dəfə olaraq xanım prokurorluq əməkdaşları vəzifədə irəli çəkilərək, rayon prokuroru vəzifələrinə təyinat alıblar. 

Baş Prokurorluğun Mətbuat Xidmətindən Redaktor.az-a verilən məlumata görə, Baş prokurorun imzaladığı müvafiq əmrlərlə Bakı şəhəri Nizami rayon prokurorunun köməkçisi Səadət Rüstəmova tutduğu vəzifədən azad edilərək Qobustan rayon prokuroru, Baş Prokurorluğun Ədliyyə, gömrük və vergi orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin böyük prokuror – metodisti Lalə Hüseynova isə tutduğu vəzifədən azad edilərək, Zəngilan rayon prokuroru vəzifələrinə təyin ediliblər.