Kamil Zeynallı saxlanılaraq polis bölməsinə aparılıb - DİN-dən AÇIQLAMA

 15:52 19.06.2020     648

Daxili İşlər Nazirliyi (DİN) sosial şəbəkələrdə idmançı Kamil Zeynallının avtomobil yolunda polisin yanında digər sürücü ilə davam etməsi ilə bağlı yayılan görüntülərinə münasibət bildirib.

Redaktor.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov "Report”un sorğusuna cavab olaraq bildirib ki, hadisə Bakı-Şamaxı yolununda yerləşən karantin postunda qeydə alınıb:

"Hadisə zamanı Kamil Zeynallı digər sürücü ilə yol üstündə bir-biri ilə dava ediblər. Ərazidə olan polis əməkdaşları da onları saxlayaraq, aidiyyati üzə Polis bölməsinə gətiriblər. Bölmədə həmin şəxslərin izahatları alınaraq, sərbəst buraxılıb. Buna baxmayaraq, araşdırmalar davam etdirilir. Nəticəsindən aslı olaraq məsələyə hüquqi qiymət veriləcək".

Qeyd edək ki, sosial şəbəkələrdə K.Zeynallının avtomobil yolunda digər sürücü ilə polisin yanında dava etdiyi barədə görüntülər yayılıb.