Baş nazirdən karantin rejiminin uzadılması barədə QƏRAR

 17:00 19.06.2020     1415

Baş Nazir Əli Əsədov xüsusi karantin rejiminin müddətinin uzadılması barədə qərar imzalayıb.

Redaktor.az-ın məlumatına görə, qərarda deyilir:

1. Koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2020-ci il 1 avqust saat 00:00-dək uzadılıb.

2. “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 may tarixli 178 nömrəli Qərarının 1-ci hissəsində “15 iyul” sözləri “1 avqust” sözləri ilə əvəz edilib.