Bakıda birmərtəbəli evdə yanğın

 11:03 20.06.2020     3592

Bakı şəhərinin Xətai rayonunda ümumi sahəsi 200 m2 olan birmərtəbəli tikilinin dam örtüyünün yanar konstruksiyaları 50 m2 sahədə yanıb.

Redaktor.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.