Virusa yoluxub-yoluxmadığınızı belə biləcəksiniz - AÇIQLAMA

 12:17 20.06.2020     1217

Bu gün Operativ Qərargahın brifinqində “E-TEBİB” mobil tətbiqi təqdim olunub.

Redaktor.az xəbər verir ki, mobil tətbiq blutuz bağlantısı ilə işləyəcək.

Qeyd edilib ki, istifadəçinin statusu göy rəng olarsa, demək həmin şəxs virusa yoluxmayıb və virusa yoluxanla ünsiyyətdə olmayıb, sarı rəng həmin şəxsin virusa yoluxan adamla ünsiyyətdə olduğu deməkdir. Qırmızı rəng isə həmin şəxsin virusa yoluxduğunu göstərir, yaşıl rəng isə həmin istifadəçinin artıq test verib neqativ nəticə aldığını bildirəcək.