Bu şəxslərə SMS icazəsi verilməyəcək

 12:39 20.06.2020     1021

“Evdə müalicəsi tövsiyə olunan və özünütəcrid rejimində olan şəxslərin SMS icazə sistemindən istifadəsi mümkün olmayacaq”.

Redaktor.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib:

“Çünki onlar evdə müalicə alırlar və hansı ki, onlar özünütəcrid rejimindədirlər. “Həmin şəxslərin siyahısı TƏBİB tərəfindən bizə təqdim edilib. Onlar SMS yazsa belə, onlara cavab mənfi olacaq”.