Xəstəxanalarda dərman çatışmazlığı var? - RƏSMİ AÇIQLAMA

 13:07 20.06.2020     856

“Son günlər bəzi dərman preparatlarının çatışmadığı müşahidə olunur”.

Redaktor.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi mətbuat konfransında “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva deyib.

O bildirib ki, TƏBİB apteklərin dərman preparatları ilə təchizatına cavabdehlik daşımır:

“Bu məsələ TƏBİB nümayəndələrinin də diqqətindədir. Hazırda xəstəxanalarda xəstələrin müalicəsi üçün dərman preparatlarında çatışmazlıq yoxdur”.