Bakıda qəza törədən sürücü ölüb

 13:46 20.06.2020     698

Bakıda yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxs ölüb.

Redaktor.az-ın məlumatına görə, hadisə Nərimanov rayonu ərazisində qeydə alınıb. Belə ki, 1969-cu il təvəllüdlü Qəhrəman İmanov idarə etdiyi avtomobil ilə qəza törədib.

Hadisə zamanı ağır xəsarət alan Q. İmanov bir neçə saat sonra həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.