Tovuzda qaz borusu partlayıb, yaralılar var

 17:06 20.06.2020     1409

Tovuz rayonunda yol çəkilişi zamanı qaz borusu partlayıb, yaralılar var.

Redaktor.az-ın xəbərinə görə, hadisə rayonun Xatınlı kəndinin yaxınlığında qeydə alınıb.

Belə ki, yol çəkilişi zamanı qaz borusu partlayıb, iki nəfər xəsarət alıb.

Yaralılar xəstəxanaya yerləşdiriliblər. Onlardan birinin vəziyyəti ağır, digərinin vəziyyəti isə orta ağır qiymətləndirilir. //APA