İndiyədək 12 min 238 nəfər koronavirusa yoluxub - Azərbaycan

 18:18 20.06.2020     1146

Azərbaycanda indiyədək ümumilikdə 12 min 238 nəfər koronavirus infeksiyasına yoluxub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Redaktor.az-a verilən məlumata görə, onlardan 6516 nəfər müalicə olunaraq sağalıb, 148 nəfər vəfat edib, 5574 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.