Sumqayıtda polis postları qurulub

Ölkə ərazisində koronavirus infeksiyasının yayılma sürətinin azaldılması, törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə xüsusi karantin rejiminin sərtləşdirilməsini təmin etmək üçün Sumqayıtda bu gün saat 00:00-dan 5 iyul saat 06:00-dək məhdudiyyətlərin tətbiqinə başlanılıb.
Redaktor.az-ın məlumatına görə, şəhərin müxtəlif ərazilərində polis postları qurulub.
Postlarda sürücü və sərnişinlərin hərəkəti üçün icazənin olub-olmaması yoxlanılır. Eyni zamanda şəxsi avtomobili ilə hərəkətdə olan sürücülər də təlimatlandırılır.