Güclü külək Qərb bölgəsində fəsadlar törədib

 04:20 21.06.2020     866

Axşam saatlarında əsən güclü külək Azərbaycanın Qərb bölgəsində fəsadlar törədib.

Bu barədə Redaktor.az-a Qazax sakinləri məlumat verib.

Bildiriblər ki, külək xüsusilə Ağstafada ağacları aşırıb, damları uçurub, təsərrüfatlara ciddi ziyan vurub.

Bəzi ərazilərdə elektrik enerjisinin verilməsində fasilələr yaranıb. Analoji hadisə Qazaxda da baş verib.