Bu qəsəbədə bir ailə koronavirusa yoluxdu - VİDEO

 10:04 21.06.2020     2057

Paytaxtın Əhmədli qəsəbəsində bir ailənin üzvləri koronavirusa yoluxub.

Redaktor.az xəbər verir ki, bu barədə məlumatı ATV kanalının aparıcısı Pərvin Əsgərli qeyd edib.

Virusa yoluxan şəxslərin yaşadığı binanın qarşısından video paylaşan aparıcı bildirib ki, ailənin hər üç üzvü - 30 yaşlı oğul və 63 yaşlı valideynlər virusa yoluxub və onlar təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb. //Qaynarinfo.az