Mingəçevirdə oğul anasını öldürdü

 10:59 21.06.2020     632

Mingəçevir rayonunda qətl hadisəsi törədilib.

Redaktor.az-ın məlumatına görə, hadisə gecə saatlarında şəhərin "Yeni Həyat" köçkün qəsəbəsindəki fərdi təsərrüfatlardan birində baş verib. 

1974-cü il təvəllüdlü qəsəbə sakini Hacıyeva Brilyant Nizami qızı ürək nahiyəsinə vurulan bıçaq zərbəsindən sonra yerindəcə keçinib. 

İlkin məlumata görə, qətli qadının oğlu Elmir Hacıyev qısqanclıq zəminində törədib. Hadisənin səbəbi tam məlum deyil. 

Hadisəni törədən E.Hacıyevin polisə təslim olduğu deyilir.

Faktla bağlı araşdırma başlanılıb, cinayət işi açılıb.