Milli Məclisin deputatları koronavirus testindən keçirilib

 13:07 21.06.2020     3755

Milli Məclisin deputatları koronavirus infeksiyası ilə əlaqədar tibbi test yoxlanışından keçməyə başlayıblar.

Redaktor.az-ın məlumatına görə, bu gün deputatların bir qismindən test üçün yaxma götürülüb.

Digər deputatlardan da yaxma götürülməsi prosesi davam edir.

Qeyd edək ki, dünən deputat Sahib Alıyev açıqlamasında koronavirus testinin nəticəsinin pozitiv çıxdığını bildirmişdi. //APA