Kamil Zeynallı küçədə Ata Abdullayevi döyüb? - Qalmaqallı VİDEO

 14:28 21.06.2020     9174

Bəzi sosial şəbəkə istifadəçiləri məşqiçi Kamil Zeynallının dava etdiyi görüntüləri paylaşaraq, döyülən şəxsin bloqqer Ata Abdullayev olması ilə bağlı iddialar səsləndirlib.

Məsələ ilə balı Redaktor.az-a açıqlama verən Ata Abdullayev bildirib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir:

“Kamil Zeynallı ilə tanışlığım yoxdur. Bu günə qədər Kamillə heç vaxt üz-üzə gəlməmişik. Bu şaiəni yayanlar bəlli ki, məni istəməyən insanlardır”.