BƏƏ Azərbaycana tibbi yardım göndərib - FOTO / VİDEO

 16:39 21.06.2020     2127

Birləşmiş Ərəb Əmirliyi COVID-19 infeksiyasının yayılmasının qarşısının alınması üzrə səyləri dəstəkləmək üçün Azərbaycana təyyarə ilə 11 metrik ton dərman göndərib.

Redaktor.az xəbər verir ki, bu yardım koronavirusa qarşı mübarizə aparan təxminən 11 min tibbi işçisinə kömək edəcək. 

Yardımın çatdırılmasını şərh edən BƏƏ-nin Azərbaycandakı səfiri Məhəmməd Əhməd Əlqubaisi iki ölkə arasındakı əlaqələrin bir çox sahələrdə əhəmiyyətli dərəcədə tərəqqi etdiyini bildirib. O, bu əlaqələrin möhkəmlənməsində iki ölkə rəhbərliyinin rolunu xüsusi qeyd edib. 

Səfir əlavə edib ki, bu gün tibbi yardım üçün təyyarələrin göndərilməsi BƏƏ rəhbərliyinin müxtəlif ölkələrdə, xüsusən də dünyanın pandemiya ilə mübarizədə qarşı-qarşıya qaldığı çətinliklər fonunda dost ölkələrə dəstəkverici yanaşmasının sübutudur. 

BƏƏ bu günə qədər 67 ölkəyə 946 metrik tondan çox yardım göstərib. 

///Report.az