Göygöldə qadınlar arasında dava - Bıçaqlanan var

 17:42 21.06.2020     2085

Göygöldə bıçaqlanma hadisəsi baş verib.

Redaktor.az-ın məlumatına görə hadisə rayonun Yeni Qızılca kəndində qeydə alınıb.

Belə ki, 29 yaşlı Rəvanə Novruzova Tofiq qızı qarından aldığı kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilib.

Dərhal qadın əməliyyat olunub, vəziyyətinin kafi olduğu bildirilir. Məlumata görə 29 yaşlı N.Rəvanə qonşu qadın tərəfindən bıçaqlanıb. Faktla bağlı Göygöl rayon polis şöbəsində araşdırma aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən