Tovuzda çaqqal gənc oğlana xəsarət yetirib

 02:25 22.06.2020     635

Tovuz rayonunda gənc oğlan çaqqalın hücumuna məruz qalıb.

Redaktor.az-ın məlumatına görə, hadisə rayonun Əsrik kənd ərazisində qeydə alınıb.

Belə ki, yırtıcı ona hücum edərək dişləyib. 

Həkimə müraciət edən gəncə ilkin tibbi yardım göstərilib. Onun vəziyyətinin qənaətbəxş olduğu bildirilir. //Report.az