Zaqatalada evdə yanğın olub - FHN

 06:19 22.06.2020     666

Zaqatala rayonuna evdə yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Redaktor.az-a verilən məlumata görə, rayonda ümumi sahəsi 135 m² olan ikimərtəbəli evin ikinci mərtəbəsinin yanar konstruksiyaları 10 m² sahədə və dam örtüyü 35 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.