Bakıda ahıl kişini avtomobil vurdu, vəziyyəti ağırdır

 08:45 22.06.2020     712

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Redaktor.az xəbər verir ki, hadisə paytaxtın Nərimanov rayonunda qeydə alınıb. 

Belə ki, yolu keçən 1955-ci il təvəllüdlü Ələkbərov Şəmsəddin Hümbət oğlunu avtomobil vurub. 

Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb, müayinə zamanı ona açıq kəllə-beyin travması və baş-beyin əziyi diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.