İcra hakimiyyətindəki əməliyyatla bağlı RƏSMİ AÇIQLAMA

Bəzi saytlarda Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşlarının Abşeron Rayon İcra Hakimiyyətinin binasında xüsusi əməliyyat keçirməsi barədə məlumat yayılıb.
Redaktor.az-ın məlumatına görə, əməliyyat zamanı RİH-in başçısı İradə Gülməmmədovanın bütün müavinləri saxlanıldığı qeyd olunub.
Məsələ ilə bağlı Abşeron Rayon İcra Hakimiyyətindən bildirilib ki, yayılan məlumatlar həqiqətə uyğun deyil:
“İcra başçısının müavinləri hazırda işlərinin başındadır. Bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti də məlumat yayıb”. //Oxu.az