Millət vəkillərindən kimlər koronavirusa yoluxub? - SABAH AÇIQLANACAQ

“Millət vəkillərinin koronavirus testlərinin cavabları sabah bəlli olacaq”.
Bu sözləri Redaktor.az-a açıqlamasında Milli Məclisin Mətbuat Xidmətinin rəhbəri Ceyhun Əli deyib.
“İyunun 21-də Milli Məclis Aparatının əməkdaşlarından, eyni zamanda millət vəkillərindən COVİD 19 infeksiyası ilə bağlı profilaktik test nümunələri alınıb. Testin cavabları isə sabah bəlli olacaq. Nəticələr bəlli olduqdan sonra ictimaiyyətə bununla bağlı məlumat veriləcək”, - deyə C.Əli bildirib.
Qeyd edək ki, millət vəkili Sahib Alıyev şənbə günü koronavirusa yoluxduğunu açıqlamışdı.
Mahir Ələkbərov / Redaktor.az