Qubada 3 yaşayış evini ildırım vurub

 17:34 22.06.2020     760

Bu gün günorta saatlarında Quba rayonu ərazisində şimşəklə müşahidə olunan güclü leysan yağıb.

Redaktor.az-ın məlumatına görə, rayonun bəzi dağlıq ərazilərinə dolu düşüb.

Quba Rayon İcra Hakimiyyətindən bildirilib ki, rayonun Alpan kəndində 3 vətəndaşa məxsus yaşayış evinin yardımçı tikilisinə şimşək düşüb, bir yaşayış evini isə su basıb.

Rayonun Digah kəndində daha bir yaşayış evini su basıb. 

Dəyən ziyanın hesablanması və aradan qaldırılması istiqamətində işlər davam etdirilir. //APA