Azərbaycanda 426 min 394 koronavirus testi aparılıb

Azərbaycanda koronavirusa yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar indiyə qədər aparılmış testlərin sayı açıqlanıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Redaktor.az-a verilən məlumata görə, son sutka ərzində 4345 test aparılıb.
Ölkədə indiyədək aparılmış koronavirus testinin sayı isə 426 min 394-dür.