Ağcabədi sakini kanalda batıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Yuxarı Qarabağ su kanalının Ağcabədi rayonu, Hacıbədəlli kəndi ərazisindən keçən hissəsində 1982-ci il təvəllüdlü Soltanov Osman Əfsər oğlunun batması barədə məlumat daxil olub.
Redaktor.az-ın FHN-nin saytına istinadən xəbərinə görə, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.
Əlavə məlumat veriləcək.