"Azərsu"nun əməkdaşları koronavirusa yoluxdu

 10:11 23.06.2020     1929

“Azərsu” ASC-nin əməkdaşları arasında da koronavirusa yoluxanlar var.

Redaktor.az xəbər verir ki, qurumun tabeliyində olan idarələrdə COVID-19-a yoluxan şəxslər müəyyən olunub.

"Azərsu"nun Mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı faktı təsdiq edib. O bildirib ki, mövcud vəziyyətlə bağlı, demək olar ki, qurumların böyük əksəriyyətinin əməkdaşları arasında yoluxma faktları aşkar olunub:

“Təəssüf ki, “Azərsu” ASC-nin əməkdaşları arasında da koronavirusa yoluxanlar var. Yoluxanların sayı 20-dən çoxdur. Paytaxtın Nəsimi, Yasamal, Nərimanov, Xətai rayonlarının, eləcə də, Abşeron,  Sumqayıt, Gəncə, Siyəzən Su-Kanal İdarələrində virusa yoluxan əməkdaşlarımız var.

Vəziyyətə ciddi nəzarət olunur, mütəmadi dezinfeksiya işləri aparılır, səhər işə gələrkən işçilərin temperaturu ölçülür və s. Əməkdaşların diqqətinə çatdırılıb ki, kimin temperaturu varsa və ya özünü pis hiss edirsə, işə çıxmasınlar”. //Oxu.az