DTX dövlət qulluqçularının peşə bayramını təbrik edib

 12:14 23.06.2020     557

Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti (DTX) 23 iyun - Dövlət Qulluqçularının Peşə Bayramı münasibətilə dövlət qulluqçularını təbrik edib.

Redaktor.az xəbər verir ki, DTX-nin “Facebook” səhifələrində yer alan təbrikdə deyilir:

"23 iyun - Azərbaycan Respublikasında dövlət qulluqçularının peşə bayramı günüdür.

Dövlət qulluqçularının peşə bayramı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2006-cı il 25 may tarixli Sərəncamı ilə təsis edilib.

Dövlət xidmətinin demokratik, hüquqi və dünyəvi dövlətin yaradılmasındakı rolu və BMT Baş Məclisi tərəfindən iyunun 23-nün Birləşmiş Millətlər Təşkilatının Dövlət Qulluğu Günü elan edilməsi nəzərə alınaraq bu tarixin Azərbaycanda dövlət qulluqçularının peşə bayramı günü elan edilməsi qərara alınıb.

Azərbaycan Respublikasının dövlət qulluqçularını təbrik edir, doğma Vətənin davamlı inkişafı və daha da qüdrətlənməsi naminə fəaliyyətlərində uğurlar arzulayırıq".