Bu rayonlarda 7 tona yaxın narkotik məhv edilib

 13:10 23.06.2020     998

Ağstafada və Goranboyda 7 tona yaxın narkotik tərkibli bitki məhv edilib.

Daxili İşlər Nazirliyindən Redaktor.az-a verilən məlumata görə, Ağstafa rayon Polis Şöbəsi əməkdaşları tərəfindən rayonun Qarayazı qəsəbəsinin ərazisində 1 hektar sahədə yabanı halda bitmiş çəkisi  5 ton 352 kiloqram olan 17840 ədəd çətənə kolu aşkar edilərək məhv edilib.

Bundan başqa, Xocalı Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən Goronboy rayonu Mənəşli kəndinin ərazisində 1,4 hektar sahədə yabanı halda bitmiş çəkisi 1 ton 465 kiloqram olan 4188 ədəd çətənə kolu aşkar edilərək məhv edilib.