Baş nazir Əli Əsədovdan VACİB QƏRAR

 13:17 23.06.2020     1189

Baş nazir Əli Əsədov torpağın alınmasını zəruri edən dövlət ehtiyacının və həmin torpaqları alan orqanın müəyyən edilməsi barədə qərar imzalayıb.

Redaktor.az xəbər verir ki, bununla bağlı Nazirlər Kabineti məlumat yayıb. 

Qərara əsasən, Bakı şəhərətrafı dəmir yolu xəttinin tikintisi altına düşən torpaqları dövlət ehtiyacları üçün alan orqan “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti müəyyən edilib. 

Bununla əlaqədar “Azərbaycan Dəmir Yolları” QSC-yə qərarda nəzərdə tutulan torpaq sahələrinin dövlət ehtiyacları üçün alınması ilə bağlı hazırlıq tədbirlərini “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun tələblərinə uyğun olaraq, həyata keçirmək və bu barədə Nazirlər Kabinetinə təkliflər təqdim etmək tapşırılıb.