İtkin düşmüş uşaq canlı yayımda tapıldı - Bakı

 16:32 23.06.2020     1944

Bakıda itkin düşmüş uşaq tapılaraq, valideynlərinə təhvil verilib.

Redaktor.az xəbər verir ki, bununla bağlı sosial şəbəkə istifadəçilərindən biri profilində canlı yayım edib.

O qeyd edib ki, paytaxtın Nərimanov rayonu ərazisində təxminən 5-6 yaşlı qız uşağı tapılıb. Yayım zamanı istifadəçi bildirib ki, əgər uşağın valideynlərini tanıyan varsa, 18-ci polis bölməsinə məlumat versin.

Video sürətlə sosial şəbəkədə paylaşılıb.

Çox keçmədən həmin şəxs yazıb ki, artıq uşağın valideynləri tapılıb və körpə onlara təhvil verilib. //Ölke.az