Bakıda avtobus qəza törətdi - VİDEO

 17:42 23.06.2020     4758

İyunun 22-də Bakının Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Redaktor.az xəbər verir ki, qəza Zabrat-Kürdəxanı yolunda qeydə alınıb.

Qəsəbələrarası fəaliyyət göstərən marşrut avtobusu ilə “Opel” markalı nəqliyyat vasitəsi toqquşub. 

Əraziyə DYP əməkdaşları cəlb edilib.

Zərbənin gücündən hər iki nəqliyyat vasitəsinə ciddi ziyan dəyib. Qəza zamanı xəsarət alanın olmadığı bildirilir.

Hadisənin təfərrüatı araşdırılır. //Oxu.az