Azərbaycanda indiyədək 13 min 715 nəfər COVID-19-a yoluxub

 19:16 23.06.2020     400

Azərbaycanda indiyədək ümumilikdə 13 min 715 nəfər koronavirus infeksiyasına (COVID-19) yoluxub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Redaktor.az-a verilən məlumata görə, onlardan 7503 nəfər müalicə olunaraq sağalıb, 167 nəfər vəfat edib, 6045 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.