Azərbaycanda karantini pozan hakim cəzalandırıldı

 21:36 23.06.2020     760

Saatlı Rayon Məhkəməsinin sədri İxtiyar Abuşova xüsusi karantin rejiminin, hakimlərin etik davranış qaydalarının tələblərinin pozulmasına görə töhmət verilib.

Bu barədə Redaktor.az-a Ədliyyə Nazirliyindən məlumat verilib.

Bununla bağlı qərar Məhkəmə Hüquq Şurasının bu gün keçirilən növbəti iclasında elan olunub.