Koronavirusa yoluxan deputat: "Sağalmaq üzrəyəm"

 10:16 24.06.2020     363

""Mən artıq sağalmaq üzrəyəm",- deyə bilərəm. Və heç şübhəsiz ki, bu, həkimlərimizin, tibb işçilərimizin zəhmətinin nəticəsidir”.

Redaktor.az xəbər verir ki, bunu koronavirusa yoluxan deputat Sahib Alıyev özünün “Facebook” hesabında yazıb.

“Geyimlərindən yadplanetlilərə bənzəyən bu insanlar davranışlarıyla doğmadan da doğma planetlilərdirlər. Təsəvvür edin ki, yayın bu istisində əyinlərində skafandrabənzər geyimlə 8 saat müddətində yemək yeməmək bir yana, bir damla belə su içmədən ağzınadək xəsətələrlə dolu olan klinikada hər kəsin qayğısına qalmaq, hər bir xəstəylə mehriban davranmaq sadəcə peşəkarlığa yox, həm də insanlığa bağlı məsələdir. Bu fədakarlıqdır!”, - deputat bildirib. 

Qeyd edək ki, S.Alıyev "Yeni Klinika"da müalicə alır.