Hava kəskin pisləşəcək, güclü külək əsəcək - XƏBƏRDARLIQ

 12:34 24.06.2020     1257

"Sabah ölkə üzrə şimal küləyi arabir güclənəcək".

Redaktor.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.

Onun sözlərinə görə, iyunun 25-də gündüz saatlarından etibarən iyunun 27-si səhərədək Abşeron yarımadasında arabir güclənən şimal küləyi əsəcək.

Nazirlik rəsmisi qeyd edib ki, həmin müddət ərzində ölkənin şimal-qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı və dolu düşəcəyi gözlənilir. //Oxu.az

Vumart və Güvən reklamı Vumart Güvən