Azərbaycanda fövəqəladə vəziyyət elan olunacaq? - MİLLƏT VƏKİLİ

 15:07 24.06.2020     5453

"Ölkədə o zaman fövqaladə vəziyyət elan edilə bilər ki, virusa yoluxanların sayı bötövlükdə ölkəni əhatə etsin".

Bu sözləri Redaktor.az-a millət vəkili Aydın Mirzəzadə deyib. O bildirib ki, hazırda tətbiq edilən sərt karantin rejimi vəziyyətə uyğundur:

“Virusa yoluxanların əksəriyyəti bu gün karantin rejimi tətbiq edilən zonalardadır. Düzdür, hazırda gündəlik yoluxma sayında artım müşahidə olunur, amma bu, o demək deyil ki, fövqaladə vəziyyət elan edilməlidir. Yoluxma sayının arması aprel ayının sonunda karantin rejiminin yumşaldılması ilə bağlıdır. Mart-aprel aylarında gündəlik 60-70 yoluxma qeydə alınırdı. Bu baxımdan düşünürəm ki, hazırda tətbiq edilən xüsusi karantin reşimində də yoluxma sayı yenidən bu səviyyəyə düşəcək". 

Millət vəkili həftəsonları tətbiq edilən xüsusi karantin rejiminin effektsiz olduğunu bildirib:

“Həftəsonu qadağaları öz səmərəsini vermədi. Dünya, o cümlədən Azərbaycan ilk dəfədir ki, belə bir ağır virusla qarşı-qarşıyadır. Demək olar ki, təcrübə günün nəticəsinə görə əldə edilir. Virusla mübarizədə bütün vasitələrdən, beynəlxalq təcrübələrdən istifadə etməkdə fayda var. Düzdür, bəzən bu təcrübələr effektsiz ola bilər, amma başqa yol da yoxdur”.

Mahir Ələkbərov / Redaktor.az