DİN Naxçıvan sakinlərinə müraciət edib

 16:10 24.06.2020     4263

Daxili İşlər Nazirliyi (DİN) Naxçıvan sakinlərinə müraciət edib.

Nazirlikdən Redaktor.az-a verilən məlumata görə, 2020-ci ilin 26 iyun tarixindən etibarən Naxçıvan Muxtar Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olan vətəndaşlara şəxsiyyət vəsiqələrinin verilməsi üçün Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsində (Ünvan: Bakı şəhəri, R.Behbudov küçəsi 130) səyyar xidmət göstəriləcək.

Bunun üçün DİN-in Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə 012 590 64 43 telefon nömrəsinə hər gün saat 9:00-dan 19:00-dək zəng edərək, əvvəlcədən qeydiyyatdan keçməklə razılaşdırılmış vaxtda qəbul üçün xüsusi nömrə əldə edilməlidir.