Daha bir vəzifəli şəxs koronavirusa yoluxdu - Azərbaycan

 10:12 25.06.2020     1035

Mingəçevir şəhər Təhsil şöbəsinin müdiri koronavirusa yoluxub.

Redaktor.az-ın məlumatına görə, Mingəçevir şəhər Təhsil Şöbəsinin müdiri Sahib Məmmədovun koronavirusun müəyyən olunması üçün verdiyi testin nəticəsi pozitiv çıxıb.

Sahib Məmmədov faktı təsdiqləyib. Koronavirus testinin nəticəsinin iyunun 22-də açıqlandığını, nəticənin pozitiv çıxdığını deyən S.Məmmədov, vəziyyətinin o qədər də pis olmadığını bildirib:

“İndiyədək evdə müalicə olunsam da, xəstəxanaya müraciət etməyi düşünürəm. Hazırda vəziyyətim o qədər də pis deyil”. //APA