Sabirabadda bir nəfər çayda batıb

 16:10 25.06.2020     2246

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Kür çayının Sabirabad rayonu, Quruzma kəndi ərazisindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.

Redaktor.az FHN-nin saytına istinadən xəbər verir ki, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.