TƏBİB-dən Səhiyyə Nazirliyi ilə bağlı AÇIQLAMA

 17:46 25.06.2020     2943

“Koronavirusla mübarizəni ölkəmizdə daha da təkmilləşdirmək üçün ambulator müalicə üzərində idarəetmə Səhiyyə Nazirliyinə həvalə olunub”.

Redaktor.az-ın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva bildirib.

Y. Qarayeva deyib ki, əsas məqsəd mübarizənin gücləndirilməsi, iş yükünün bölünməsidir: “Artıq mobil xidmət də istifadəyə verilib. Evdə müalicə alan xəstələr sahə həkimlərinin nəzarətində olacaq. Bəlli saatlarda həkimlər xəstələrlə əlaqə saxlayacaq”.

Vumart və Güvən reklamı Vumart Güvən