TƏBİB: Qaydalara riayət olunmasa karantin SƏRTLƏŞDİRİLƏCƏK

 18:06 25.06.2020     1147

Operativ Qərargah karantin rejiminin daha da sərtləşməsi ilə bağlı qərar versə, bunu bildirəcək.

Redaktor.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva bildirib.

Onun sözlərinə görə, bu barədə əvvəlcədən bir şey demək düzgün olmaz: "Hər şey bizim statistikamızdan, eyni zamanda insanların davranışından asılıdır. Hətta SMS-lə də bayıra çıxanda bu o demək deyil ki, maska taxmayacaqsan. Kimsə ərzaq almağa gedə bilər, bu, normaldır, amma yenə də maska taxılmalı və sıxlıq yerə girilməməlidir. Biz sərtləşməyə getmək istəməsək də, qaydalara riayət olunmasa və rəqəmlər artsa, məcburiyyət qarşısında qalıb sərtləşməyə getməli olacağıq. Amma bu barədə yenə də Operativ Qərargah qərar verəcək".