Azərbaycanda koronavirusla bağlı son vəziyyət açıqlandı

 22:07 25.06.2020     1884

Bu gün Azərbaycanda koronavirusla bağlı 7 274 test aparılıb.

Redaktor.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib.

Bununla da koronavirusla bağlı aparılan testlərin ümumi sayı 449 min 235-ə çatıb. 

Qeyd edilir ki, Azərbaycanda 547 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 291 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər vəfat edib.