Bakıda gənc qızın kirayə qaldığı ev qarət edildi

Bakıda mənzildən oğurluq edən şəxs yaxalanıb.
Redaktor.az-ın məlumatına görə, hadisə paytaxtın Binəqədi rayonu, Ziya Bünyadov küçəsində yerləşən mənzillərin birində baş verib. Kirayəşin 1996-cı il təvəllüdlü Aydan Məmmədovanın yaşadığı mənzildən açar seçmə yolu ilə 970 manat dəyərində məişət əşyaları və 2 ədəd ümumi dəyəri 600 manat mobil telefonları oğurlanıb.
Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Bölməsi və Lənkəran şəhər Polis Şöbəsi əməkdaşları tərəfindən oğurluq törətməkdə şübhəli bilinən Lənkəran şəhər sakini, 1989-cu il Əliheydər Alıyev saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.