Göygöldə 52 yaşlı qadın özünü asıb

 09:47 26.06.2020     1336

Göygöldə 52 yaşlı qadın özünü fındıq ağacından asaraq öldürüb.

Redaktor.az-ın məlumatına görə, hadisə rayonun Pənahlılar kəndində qeydə alınıb. Kənd sakini, 1968-ci il təvəllüdlü Zeynalova Simuzər Malik qızı özünü asıb. Onun meyiti yaxınları tərəfindən aşkar edilib.

Faktla bağlı Göygöl rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (intihar həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.