Şimşək, yağış, külək - FAKTİKİ HAVA

 09:57 26.06.2020     4124

İyunun 26-da ölkə ərazisinin bəzi yerlərində səhərədək şimşək çaxıb, arabir yağış yağıb, ayrı-ayrı yerlərdə qərb küləyi güclənib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətiindən Redaktor.az-a bildirilib ki, düşən yağışın miqdarı Oğuzda 16 mm, Şəkidə 10 mm, Xınalıqda 9 mm, İsmayıllı, Qəbələdə 6 mm, Şahdağda 3 mm olub.

Qərb küləyi Naftalanda 26 m/s, Neftçalada 20 m/s, Gəncə, Tərtər, Ağstafa, Tovuzda 18 m/s, Salyan, Şəmkirdə 16 m/s, Abşeron yarımadası və Bakıda 28 m/s, Sumqayıtda 21 m/s, Pirallahı, Ələtdə 20 m/s, Binədə 19 m/s, Zabratda 18 m/s, Çilov adasında 17 m/s, Neft Daşlarında 16 m/s -dək güclənib.

Neft Daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 3.2  metrə çatıb.