Bəhram Bağırzadənin son vəziyyəti ilə bağlı AÇIQLAMA

 09:59 26.06.2020     190

Bəhram Bağırzadənin vəziyyətində ciddi dəyişiklik baş verməyib.

Bunu Redaktor.az-a açıqlamasında Mərkəzi Gömrük Hospitalının rəisinin müalicə işləri üzrə müavini Bəxtiyar Musayev deyib.

Onun sözlərinə görə, əməkdar artıstin vəziyyəti ağır olaraq qalır: "Bəhram Bağırzadənin vəziyyəti əvvəlki kimi süni ventilyasiya və ECMO aparatlarına qoşulu vəziyyətdədir. Lakin son günlər istər ağciyər toxumasının vəziyyətində, istərsə də labarator göstəricilərdə müəyyən yaxşılaşma qeyd edilir".

Qeyd edək ki, Əməkdar artist Bəhram Bağırzadənin vəziyyətinin kəskin pisləşməsi səbəbindən daha əvvəl koronavirus xəstəliyindən müalicə olunduğu xəstəxanadan 13 iyun 2020-ci il tarixində Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə köçürülüb. Xəstənin yeni çəkilən kompüter tomoqrafiyasında əvvəlkilərlə müqayisədə çox ciddi mənfi gedişatın olduğu, 90%-dən çox ağciyər toxumasının zədələndiyi məlum olub. Süni tənəffüs aparatında intensiv müalicəyə baxmayaraq, saturasiyanın artırılmasına nail olunmayıb. //Trend.az