Bakıda güclü yanğın - VİDEO

 10:17 26.06.2020     1280

Bu gün səhər saatlarında Bakıda yanğın hadisəsi olub.

Redaktor.az xəbər verir ki, hadisə paytaxtın Nəsimi rayonu ərazisində qeydə alınıb.

Belə ki, 28 May və Kövkəb xanım Səfərəliyeva küçələrinin kəsişməsindəki ərazidə yanğın başlayıb.

Yanğına ilk olaraq Nəsimi rayon post patrul xidmətinin əməkdaşları müdaxilə edib. Daha sonra hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən maşınları cəlb edilib. Məlumata görə, yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb. //Report.az